“Kruzeyro” səfərdə “Vitoriya”nı 3:1 hesabıyla məğlub etməklə Braziliya çempionatının qızıl medallarını rəsmiləşdirib.
Çempionatın başa çatmasına 4 tur qalmış Belu-Orizonti klubu ən yaxın izləyicisi – “Atletiko Paranaense”ni 16 xal qabaqlayır.
Məlumat üçün deyək ki, “Atletiko” hesabat turunda “Krisiuma”ya uduzub (1:2).
Qeyd edək ki, “Kruzeyro” tarixində 3-cü dəfə Braziliya çempionu olub.