“Son vaxtlar “Xəzər-Lənkəran”ın azarkeşlərin stadionlarda az olması hiss olunur, bu da yaxşı hal deyil”.
Bu sözləri İnterAz televiziyasında müsahibəsində PFL prezidenti Ramin Musayev bildirib. O bildirib ki, “Xəzər-Lənkəran” istər ölkə daxilində, istərsə də ölkə xaricində öz azarkeşlərini qazanmış klubdur. Digər klublar inciməsinlər, “Xəzər-Lənkəran”sız Azərbaycan çempionatını təsəvvür etmək olmur. “Xəzər-Lənkəran” və “Neftçi” klublarının oyunu böyük maraq doğurur, bu bizim üçün derbi oyunudur”.