29 Dekabr 2024
Dünya futbolu

“Mən Mustafa Dənizlidən əskik deyiləm!”

Türkiyənin ən çılğın baş məşqçilərindən biri olan Yılmaz Vural maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Çalışdırıcı bir vaxtlar Azərbaycandan təklif alsa da, qəbul etmədiyini deyib:

"Azərbaycan və Qətərdən təklif almışdım. Ancaq bu ölkələr mənə vətənimdən daha çox nəsə qazandırmazdı. Əgər İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniyadan təklif gəlirsə, türk məşqçisi üçün bu uğur sayılır. Bu, 5 böyük Avropa ölkəsi futbolda tam peşəkarlaşıb, çox yüksək səviyyədədir. Sonuncu dəfə İngiltərədən təklif alsam da, təəssüf ki, alınmadı. Sonda iki namizəd qaldıq, digər məşqçiyə üstünlük verildi. Ancaq mən onlarla mütəxəssislərin sırasından seçildim. Bu, özü bir uğurdur".

"Heç düşündünüzmü, Fatih Terim və ya Mustafa Dənizlidən nəyim əskik ki, mən milli komandanın baş məşqçisi ola bilmirəm" sualını isə Vural belə cavablandırıb:

"Mənim kimsədən əskik deyiləm! Hər kəs öz keçmişində bu iş üçün nə qədər çalışdığını, hansı imkanlarla nəyi etdiyini yaxşı təhlil etməlidir. Mən sadəlövh deyiləm. Peşəkar futbolla məşğul olub, iki universitet bitirmiş, bu işin nəzəriyyəsini da çox yaxşı bilən başqa məşqçi varmı? Milli komandada oynamasam da, mən də futboldan gələn birisiyəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43