Bir müddət öncə səhhətində yaranan problemlər səbəbindən Türkiyəyə gedən "Xəzər Lənkəran"ın baş məşqçisi eynək mağazasından çıxarkən görüntülənib.
"Axşam" qəzetinin əməkdaşına səhhəti barədə açıqlama verən təcrübəli çalışdırıcı özünü yaxşı hiss etdiyini deyib: "Qrip virusuna yoluxmuşdum, bu da bir qədər şişirdildi. Amma indi yaxşıyam".
Qeyd edək ki, Dənizli dünən Azərbaycana qayıdıb.