“İki fərqli hissə gördük. İlk hissədə həm hesab, həm oyun bizi qane etdi”. Bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis Topaz Premyer Liqasının XXI turunun “Xəzər Lənkəran”la ev oyunundakı 2:3 hesablı məğlubiyyəti şərh edib: “İkinci hissədə buraxılan ilk qoldan sonra komanda əsəbi oynadı, oyuna nəzarəti itirdik. Müdafiədə diqqətsiz oynadıq, səhvlər məğlubiyyətə gətirdi. Marat İzmaylov ağıllı ötürmələr verir. Subotiçin ikinci qolunda ötürməni də İzmaylov vermişdi. Ona görə də onu əvəzləmək istəmədim”.
pfl.az