“Tottenhem” klubu Madrid “Real”ında çıxış edən Fabio Koentraoya göz dikib.
İngiltərə təmsilçisi 25 yaşlı futbolçu üçün Kral klubuna rəsmi təklif də göndərib. Danışıqlar müsbət nəticələnəcəyi halda, portuqaliyalı oyunçu mövsümün sonunda karyerasını İngiltərədə davam etdirəcək.
Qeyd edək ki, Portuqaliya milisinin üzvü 2011-ci ildən “Real”da çıxış edir.