Premyer Liqanın 23-cü turunda "Xəzər Lənkəran" səfərdə AZAL-la bərabərə qaldı. Qonaq komandanın baş məşqçisi Mustafa Dənizlinin oyun haqda fikirləri ilə sizi tanış edirik:
“Mübarizə ilə bol olan oyun idi. Yaxşı oynadıq, qol imkanlarımız oldu, qalib gəlməli idik. Hesabda iki topla üstün idik, uşaq səhvlərindən 3 xalı itirdik. Yaxşı oynadığımızı düşünürəm, qalib gəlməli idik. Futbolçuların bəzən həvəskar davranışı olur. Qələbəni əldən verdiyimizə üzülürəm. Mbillanın həm ağzından, həm də ayağından zədələnməsi səbəbi ilə onu əvəzlədik”.