29 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”ın oyunçularında elə olub ki…”

Bu gün “Bakı” Premyer Liqanın 25-ci turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq. Oyunöncəsi son məşqini keçirən “Bakı”nın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:

“Çempionatın liderinə qarşı çətin oyuna çıxacağıq. Məncə, “Qarabağ” və “Bakı” premyer-liqanın ən yaxşı oyun göstərən komandasıdı. Bu gün rəqib iki pillə bizdən üstündü. Bu qarşılaşmaya baxıb həzz almaq lazımdı. Amma məğlubiyyəti ağlımdan keçirmirəm. Düzdü, son iki turda heç-heçələri sıraladıq. Ancaq həyatda əsas odu ki, yenilik etməyi bacarasan. Təqvim təkcə qalib gəlməyi tələb edir. Biz yeganə komandayıq ki, 3-cü dövrədə 6 oyuna 2 qol buraxmışıq. Yure Travnerin yoxluğu bir qədər bizi qayğılandırır. “Bakı” kart cəhətdən kasıbdı. “Neftçi”, “Xəzər Lənkəran”ın oyunçularında elə olub ki, cəzalı futbolçunun vərəqəsi sonradan ləğv olunub. Beləcə sabah “Qarabağ”ın futbolçusu Riçard Almeydanın kart cəzalısı olsa belə, bizə qarşı oynaya biləcəyindən ehtiyat edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43