“Xəzər Lənkəran” “Sumqayıt” önünə üç aparıcı futbolçusu olmadan çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubunda Deyvid Sakkoni və Rahid Əmirquliyevin ardından Tural Cəlilovun da “ağ-yaşıllar”a kömək edə bilməyəcəyi açıqlanıb.
Hətta Turalın azı iki həftə yaşıl meydanlardan kənar qalması gözlənilir. Onun “Sumqayıt”la çempionat, “Araz-Naxçıvan”la kubok oyununda meydana çıxmayacağı da dəqiqləşib.