Bir müddətdir ki, zədəli olan “Bakı”nın futbolçusu Əfran İsmayılovun yaşıl meydanlara dönəcəyi tarix açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, məşq zamanı qabırğasını zədələyən İsmaylov azı 3 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə o deməkdir ki, Əfran “Bakı”nın kubok matçı da daxil, “Qəbələ” (16 mart), “Rəvan” (19 mart), AZAL (23 mart) və “Simurq”la (30 mart) oyunlarını buraxacaq.
Klubun mətbuat xidçətyindən saytımıza bildiriblər ki, Əfranın qabırğasında çat var və futbolçunun sağalması azı 3 həftə çəkəcək.