18 Oktyabr 2024
Dünyadan

İtaliya nəhəngindən “Real”a növbəti zərbə gələ bilər: 40 milyon avro qarşılığında La Liqadan A seriyasına

“Real”ın (Madrid) ulduz futbolçusu Anxel Di Mariya İtaliyanın “Napoli” klubunun transfer siyahısında yer alıb.

İdmanxeber.com “AS”-a istinadən xəbər verir ki, Neapol klubu Madrid təmsilçisinin argentinalı futbolçusunu transfer etmək istəyir. Belə ki, Marik Hamşik yayda “Napoli”dən ayrılsa o zaman Di Mariyaya görə İtaliya klubu ispanlara 40 milyon avro təklif edəcək. 

Düzdü, “kral” klubunun baş məşqçisi Karlo Ançelotti Di Mariyanı buraxmaq niyyətində deyil. Ancaq yüksək məbləğ qarşılığında argentinalının komandadan ayrılma ehtimalı yüksəkdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43