“Premyer Liqada və kubokda istədiyimiz yerdə olmadığımız üçün komandada və klubda əhval-ruhiyyə aşağıdır. Ancaq bizim vəzifəmiz qarşıdakı 4 oyunda qələbə qazanmaq və çempionatı yüksək əhvalda bitirməkdir”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın məşqçisi Oğuz Çətin deyib.
Türkiyəli mütəxəssis “Rəvan” üzərindəki böyükhesablı qələnəbi belə dəyərləndirib:
“Rəvan”la oyuna ciddi hazırlaşdıq. Məşqlərdə üzərində işlədiyimiz tapşırıqları futbolçular lazımınca yerinə yetirdikləri üçün məmnunam. Oyun boyu intizamı saxladıq. Oyuna hakim olan, dəqiq ötürmələr verən, həm oyundan zövq alan, həm də oyunu ilə azarkeşlərə zövq verən bir komanda gördük bu gün. 4-0 hesablı qələbə qazandıq, buna görə çox şadam. Eyni ciddiyyəti və qələbə əzmini qarşıdakı oyunlarda da göstərəcəyik”.