Azərbaycan Premyer Liqasının 33-cü turu “İnter”in gürcüstanlı legioneri Baçana Sxadadze üçün əlamətdar olub.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hücumçu Azərbaycan çempionatlarında 100-cü matçına çıxıb.
“Sumqayıt”la görüşdə yubiley qeyd edən legioner bu matçlarda 29 qol vurub. Sxadadze “İnter”də keçirdiyi 87 oyunda 24, “Simurq”da 8 oyunda 5 top vurub. “Standard”da keçirdiyi 5 qarşılaşmada qol hesabını aça bilməyən legioner məhz bu komandada – 2008/09 mövsümündə debüt edib. 2010/11 mövsümündə “Simurq”da (8 oyun, 5 qol) və “İnter”də (2 oyun) çıxış edən Sxadadze 2011/12 (29 oyun, 7 qol) və 2012/13 (29 oyun, 8 qol) mövsümlərini də Bakı klubunda keçirib. Baçana cari mövsümdə meydana çıxdığı 27 matçda 9 qola sevinib.
Qeyd edək ki, Sxadadze milliləşənlər də daxil olmaqla Azərbaycan çempionatında 100 və daha çox oyun keçirən 38-ci legionerdir. Baçana Sxadadzeyədək gürcüstanlı futbolçulardan Georgi Adamiya, Badri Kvaratsxeliya, Qoqa Beraya, Aleksandr Qoqoberişvili, Aleksandr İntskirveli, Giorgi Lomaya, Valeri Abramidze də 100-ü arxada qoymuşdu.