22 Dekabr 2024
Ölkə futbolu

III Qəbələ Kubokunun son iştirakçısı bəlli oldu

Mayın 29-dan iyunun 1-dək 15 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kubokunun son iştirakçısı bəlli olub. 

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, daha öncə turnirdə iştirakını təsdiqləyən, lakin sonradan texniki səbəblərə görə bura gələsi olmayan “Olimpik”i (Marsel, Fransa) Avstriya “Rapid”i əvəzləyəcək.

Bununla, turnirdə mübarizə aparacaq bütün komandalar müəyyənləşib. “Rapid”dən öncə “Fənərbaxça” (Türkiyə), “Lokomotiv” (Moskva, Rusiya), “Liverpul” (İngiltərə), “Anderlext” (Belçika), “Neftçi” (Azərbaycan) və “Udineze” (İtaliya) turnirdə yer alacağını rəsmən təsdiqləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43