UEFA Fransanın PSJ klubuna ağır cəzalar verib.
İdmanxeber.com-un məlumatına görə, qurum “fari play” qaydalarından kənara çıxan Paris klubunun normadan artıq transferə pul xərcləməsinə görəkomandaya bir neçə cəza verib:
– PSJ 60 milyon avronu üç mövsüm ərzində ödəməli;
– Klubun xərclədikləri ilə qazandıqları arasındakı fərq 30 milyon avro avrodan çox olmamalı;
– PSJ Çempionlar Liqasına heyətində 25 deyil, 21 futbolçu ilə getməli (səkkizi aşağı yaş qrupundan);
– PSJ-nin futbolçulara ödəyəcəyi ümumi məbləğ 240 milyon avrodan çox olmamalı, yeni transfer etsə, futbolçularından birini satmalıdı;
– Transfer büdcəsi 60 milyon avronu keçməməlidi.