Bu gün Premyer Liqanın 34-cü turu çərçivəsində “Simurq”la qarşılaşacaq “Rəvan”da daha bir futbolçu sıradan çıxıb.
İdmanxeber.com-a bu barədə klubun baş məşqçisi Güvenç Kurtar məlumat verib. Türkiyəli mütəxəssisin bildirdiyinə görə, Sezar Moreyronun zədəsi var. Onun Zaqatala klubu ilə oyunda meydana çıxması sual altındadı.
Klubun mətbuat xidmətindən isə saytımıza bildiriblər ki, Sezarın zədəsi ciddi deyil. Onun bugünkü oyunda meydana çıxması gözlənilir.
Qeyd edək ki, paytaxt klubunun heyətində Dmitri Kruqlov, Lukaş Sapela, Elvin Həsənəliyev və Oke Akpoveta zədə səbəbindən komandaya kömək edə bilmir.