“Simurq”la oyunun son dəqiqələrində Salif Ballo ilə ikili mübarizədə yerdə qalan və dərhal əvəzlənərək xəstəxanaya aparılan Orxan Sadıqlının durumu bəlli olub.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, gənc qolikiperin zədəsi ciddi deyil.
Onun çempion “Qarabağ”la oyunda meydana çıxması gözlənilir.