“Bugünkü reqlamentə görə “Rəvan” çempionatdan düşür. Ancaq mən elitada çox komandanın olmasının tərəfdarıyam”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri PFL-in prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında deyib.
PFL başqanı “Rəvan”ın çempionatdsn düşməsini istəmədiyini bildirib:
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyevlə danışarkən o mənə dedi ki, elitadan düşsələr də birinci divizionda oynayacaqlar. Ancaq açığı mən istəyirəm ki, çempionatda daha çox komanda olsun. Sponsor tapılsa komandaların sayı artıla bilər”.