Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, qərara əsasən Azərbaycan I Divizionun XXX turunun “Kəpəz” – “Bakılı” matçında “Bakılı” klubunun iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Klub ikinci dəfə üzürlü səbəb olmadan oyunlarda iştirak etmədiyi üçün növbəti mövsüm Azərbaycan I Divizionunda çıxış etmək hüququndan məhrum edilib.