“Neftçi” Bahodir Nasimov və İqor Mitreskidən sonra daha bir futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, “ağ-qaralar” mövsümün çox hissəsini ehtiyatda keçirən qapıçı Pavel Doroşevslə vidalaşmaq qərarına gəlib.
“Neftçi” təcrübəli latviyalı qolkiperin əvəzinə komandaya “Araz Naxçıvan”da icarə əsasında çıxış edən Emil Balayevi qaytaracaq.