Adı “Qəbələ”ylə birgə hallanan Şenol Günəş “Bursaspor”un baş məşqçisi ola bilər.
İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “ağ-yaşıllar” ilkin razılığa gəldikləri Şenol Günəşlə bugün sonuncu dəfə görüşərək, bütün detallara aydınlıq gətirəcəklər.
Qeyd edək ki, Bursa təmsilçisinin boş qalmış baş məşqçi postuna digər namizəd Abdullah Avcıdı.