Öncədən də xəbər verdiyimiz kimi Bakari Sanya “Arsenal”dan ayrılacaq.
İdmanxeber.com-un məlumatına görə, fransalı sağ cinah oyunçusu artıq qəti olaraq “Arsenal”dan ayrılacağını rəsmən açıqlayıb.
“Mançester Siti”nin maraq dairəsində olan Sanya “topçular”dan gedəcəyini son olaraq belə deyib:
“Gizlədəcək bir şey yoxdur. Danışıqlarımız istədiyimiz şəkildə getmədi. “Arsenal”dan gedirəm və bu mənim qəti fikrimdi. “Arsenal” məni saxlamaq istədi, lakin dediyim kimi danışıqlar istədiyimiz formada yekunlaşmadı”.