Rumıniyanın “Vasluy” klubunun yarımmüdafiəçisi Kaue Sesilio da Silva Bakıya gəlib.
İdmanxeber.com-un məlumatına görə, tibbi baxışdan keçəcək Da Silva ilə bugün 2 illik müqavilə imzalanması gözlənilir.
Braziliyalı futbolçu paytaxımıza öz meneceri ilə gəlib.
Qeyd edək ki, 25 yaşlı futbolçu Rumıniyaya gəlməmişdən öncə "Qama", "Leyksoeş", "Olhanense" kimi klubların formasını geyinib.