İvaylo Petevin “AEL Limasol”nan müqavilə bağlamasının ardından yeni baş məşqçi axtarışlarına çıxan “Qəbələ” istədiyi çalışdırını tapıb.
İdmanxeber.com-un məlumatına görə, Rusiyanın “Kuban” klubunun sabiq baş məşqçisi Dorinel Muntyanu “Qəbələ”ni çalışdıra bilər.
Əyalət klubu Muntyanu ilə bir illik müqavilə bağlamaq niyyətindədi. Bu bir mövsüm ərzində rumıniyalının qazanacağı məbləğ isə 500 min avrodu. Hər halda Rumıniya mətbuatı belə bir iddia ilə çıxış edb.