“Xəzər Lənkəran”da işləyəcək məşqçilərdən birinin adına aydınlıq gəlib. Bu barədə komandanın baş məşqçisi Oğuz Çətin məlumat verib.
Türkiyəli mütəxəssis köməkçilərindən birinin adını açıqlayıb: “Xəzər Lənkəran”da çalışacaq məşqçilərdən biri Mustafa Əskisoy olacaq”.
Futbolçu karyerasına “Sakaryaspor”da başlayan Əskisoy “Kütahyaspor”, “Sokespor”, “Balıkəsirspor”, “Salihlispor”, “Berqama Bələdiyyyəspor”, “Üsküdae Anadolu” və “Alanyaspor”un formasını geyib. 2001-ci ildə sonuncuların heyətində futbolçu karyerasını bitirən türkiyəli məşqçilik fəaliyyətinə başlayıb.
Əskisoy 2001-02-ci illərdə “Adanaspor”, 2003-05 və 2013-14-cü illərdə “Karşıyaka”, 2010-11-ci illərdə “Altay”, 2012-13-cü illərdə “Bucaspor”da məşqçi kimi işləyib. 46 yaşlı çalışdırıcı bu il fevralın 13-də “Karşıyaka”dan ayrılıb.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın əsas komandasında çalışan iki məşqçi – Hafiz Əliyevlə Emin Quliyev bundan sonra U-19 komandasında işləyəcək
apasport.az