"Antalyaspor"la müqaviləsi bitən və "Xəzər Lənkəran"a keçəcəyi bildirilən Semih Şentürkün yeni klubu müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, Türkiyə və "Fənərbağça"nın sabiq forvardı Superliqaya yenicə vəsiqə qazanan "Başakşehir" klubunun (əvvəlki adı İBB) təklifinə "yox" deməyib.
Abdullah Avcının baş məşqçisi olduğu "Başakşehir" klubu qarşıdakı günlərdə Semihlə münasibətləri rəsmiləşdirəcək.