“Xəzər Lənkəran” müdafiəçi Aleksandr Şemonayevi həyətinə cəlb edib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, ötən mövsüm AZAL-ın heyətində çıxış etmiş sol cinah müdafiəçisi ilə bir il müddətinə müqavilə imzalanıb.
Klub bu yay müqaviləsi başa çatan futbolçular Alvaro Silva, Adrian Pit, Nikola Qliqorov və Deyvid Sakkoni ilə yollar ayrılıb. Zuhir Benouahi və Slavik Alxasovla müqavilələrə isə qarşılıqlı razılaşma ilə xitam verilib.
“Xəzər Lənkəran” yuxarıda adı sadalan hər bir futbolçuya klubda olduqları müddət ərzində xidmətlərinə görə təşəkkür edib və onlara karyeralarında uğurlar arzu edib.