“Rəvan” 2014/2015 mövsümünün hazırlıqlarına start verib.
İdmanxeber.com-un məlumatına görə, 1-ci divizionda mübarizə aparacaq “aslanlar”ın təlim-məşq toplanışının ilk mərhələsi seleksiya xarakterli olacaq.
Dünən “Bayıl Arena”da reallaşan ilk məşqdə 24 futbolçu iştirak edib ki, onlardan 9 nəfəri baxışa gələnlər olub. Məşqçilər korpusu seçimləri qarşıdakı günlərdə də davam etdirəcəklər.
Komandanın iyulun 5-də AZAL, 12-də isə “Sumqayıt”la yoxlama oyunu nəzərdə tutulub. Yeni futbolçularla bağlı məhz bu qarşılaşmalardan sonra qərar veriləcək.