“Xəzər Lənkəran” bir müddətdir ki, düşərgəsində olan Fernandinyo və Alfred Sanko ilə münasibətləri rəsmiləşdirir.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Fernandinyonun keçidi demək olar ki, rəsmiləşib. Lakin Sankonun məsələsinə yaxın iki gündə aydınlıq gələcək. “Ağ-yaşıllar” “Şanlıurfaspor”dan alınan futbolçu ilə yaxın iki gündə müqavilə imzalayacaq.
Qeyd edək ki, bundan əlavə XL-in düşərgəsinə bu gün Rauf Əliyev və Əfran İsmayılovun da qoşulması gözlənilir.