Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 10-da keçiriləcək "Şiroki Briyeq" – "Qəbələ" matçının idarə edəcək hakimin adı bəlli olub.
İdmanxeber.com-un UEFA-nın rəsmi saytının istinadən verdiyi xəbərə görə, Bosniya və Hersoqovinada baş tutacaq cavab matçı slovakiyalı Vladimir Vnuka həvalə olunub.
"Peskara" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq
Xatırladaq ki, "Qəbələ" ilk oyunda "Şiroki Brieyq"ə 2:0 hesabı ilə uduzmuşdu