Sabah Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi Adi Hütter oyundan öncə mətbuat konfransı keçirib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəsis sabahkı matçla bağlı bunları deyib:
“Stadionda bilirəm ki, 30 minə yaxın azarkeş olacaq. Biz buna hazırıq. “Qarabağ” yaxşı motivə olunmuş komandadı. “Qarabağ” komanda olaraq yaxşı bir kollektivdi. Xüsusən də Reunaldo çox yaxşı hücumçudu”.
Daha sonra Hütter mərhələni adlaya bilməyəcəkləri təqdirdə bunu faciə saymayacaqlarını bildirib:
“Təbii ki, biz öz oyunumuzu oynamağa çalışacağıq. “Qarabağ” azarkeşlərin təzyiqi altında olacaq”.