“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində sabah Bolqarıstanla qarşılaşacaq milli komandamızın baş məşqçisi Berti Foqts oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com sizə həmin müsahibəni təqdim edir:
– Sabahkı oyunda sizi hansı nəticə qane edir?
– Heç bir oyunda heç-heçə arzulamıram. Hər oyuna qələbə üçün çıxırıq.
– Sabah sizdən nöcbəti eksperimentlər gözləmək olar?
– Diqqətinizə çatdırım ki, sabah seçmə oyundu. Seçmə oyunda eksperimentlərə yol vermək olmaz.
– Amma ötən mərhələdə Maksim Medvedevi heç vaxt oynamadığı dayaq yarımmüdafiəsində oynatmışdınız.
– Hərdən elə vaxtlar olur ki, hansısa mövqeyə oyunçu tapılmır. Belə olanda məcburiyyətdən eksperiment etməli olursan.
– Tərlan Quliyevin yığmaya çağırılması mərkəz müdafiəçilərinin zəif olması ilə bağlamaq olar?
– Tərlan cinah müdafiəçisidir. O, bir neçə mövqedə oynaya bilər. Maraqlı oyunu var. Razıyam ki, son oyunda müdafiəçilərimiz kobud səhvlərə yol verdi. Buna görə onu milliyə çağırmışam.
– Artıq sabahkı heyəti müəyyənləşdirmisiniz?
– Demək olar ki, 90 faiz heyət hazırdı. Üç mövqdə isə hələ sual işarəsi var
– Millimizin sabiq baş məşqçisi Şahin Diniyev Rusiya ilə oyunda etdiyiniz eksperimentlərə görə sizi tənqid edib.
– Ona cavab vermək istəmirəm. Amma Diniyev yaxşı məşqçidi. Onun beynəlxalq təcrübəsi var.