Premyer Liqanın VI turu çərçivəsində “Bakı” ilə qarşılaşacaq “İnter” bu matç üçün hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “bankirlər”in heyətində Mirzağa Hüseynpur və Sezar zədəlidi. Sonuncu fərdi məşqlərə başlasa da onun ən yaxşı halda 1 aydan sonra “İnter”ə kömək edə biləcəyi bildirilir.
Qeyd edək ki, “İnter” – “Bakı” matçı sentyabrın 19-da keçiriləcək.