Kateqoriyasız

“Xəzər Lənkəran”ın futbolçusu kor bağırsağından əməliyyat olundu

“Xəzər Lənkəran” “Araz Naxçıvan”la oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub komandası gündə iki dəfə olmaqla VI tur matçına hazırlaşır.

“Ağ-yaşıllar”ın heyətində Qabriel zədəlidi. Daha doğrusu braziliyalı futbolçu kor bağırsağından əməliyyat olunub. Onun hansı müddətə yaşıl meydanlara dönəcəyi məlum deyil.

Əvəzində “Neftçi” ilə oyunda oynamayan Alfred Sanko zədəsini sağaldıb və komandayla birgə məşqlərə başlayıb. Onun qarşıdakı turda Lənkəran klubuna kömək edə biləcəyi bildirilir.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Araz Naxçıvan” matçı sentyabrın 20-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43