28 İyun 2026
İdman

Azərbaycan çempionatının qalibləri bəlli oldu

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, kişilərin mübarizəsində Orxan Qubatov birinci yeri tutub.

Ruslan Əmiraslanov ikinci, Yəhya Məmmədov və Dmitri Neçay üçüncü olublar.

Qadınlarda Zəhra Abbasova ölkə çempionu adını qazanıb. Mina Nəsirova ikinci, Sudabəxanım İsmayılova ilə Anastasiya Kononova üçüncü pillədə qərarlaşıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43