27 İyun 2026
Ölkə futbolu

Legioneri “Neftçi”dən gedir? – SON 2 HƏFTƏ

Yayda “Nefçi”nin Ruslan Mirzovla yollarını ayıracağı ilə bağlı xəbərlər səngimək bilmir.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçunun agenti Aleksandr Klyuev rusiyalı yarımmüdafiəçinin klubla müqaviləsini yeniləyib-yeniləməyəcəyi ilə bağlı danışıb.

O, bu məsələyə iki həftə sonra aydınlıq gələcəyini bildirib:

“Bəli, Mirzovun “Neftçi” ilə müqaviləsi başa çatır. İndi Azərbaycan çempionatının son oyunları olacaq və bundan sonra vəziyyətə baxacağıq. Hələlik əlavə etmək üçün başqa heç nə yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43