28 İyun 2026
Ölkə futbolu

Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər

Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər iş başında olacaq.

İdmanxeber.az-ın məlumatına görə, xarici referilər yaşıl meydanda deyil, VAR-da yer alacaqlar. Lakin bu qərar bütün matçlara şamil edilməyəcək. Böyük ehtimalla, eyni vaxtlarda başlayacaq görüşlərdə, yəni avrokuboklar uğrunda mübarizə aparan kollektivlərin qarşılaşmalarında VAR-da əcnəbi hakimlərin xidmətindən istifadə ediləcək. Görünür, son zamanlar hakimlərlə bağlı tənqidlərin artması AFFA-nı əcnəbi hakimlərin xidmətindən yararlanmağa məcbur edib.

Xatırladaq ki, 35-ci turda “Sabah” – “Sumqayıt”, “Səbail” – “Neftçi”, “Kəpəz” – “Zirə” matçları eyni vaxtda başlayacaq. (Futbolxeber.az) 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43