28 İyun 2026
Ölkə futbolu

“Əl Nəsr” Ronaldonun dostunu transfer etmək istəyir

Kristiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu “Mançester Yunayted”in oyunçusu Bruno Fernandeslə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə klubu 29 yaşlı portuqaliyalının komandaya çox uyğun olacağına inanır. Bruno Fernandes Ronaldo ilə yaxın dostdur Bu, “Əl-Nəsr”in oyunçunu almasına kömək edə bilər.

Fernandes bu mövsüm bütün turnirlərdə 45 “Mançester Yunayted” matçında 15 qol vurub və 11 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43