22 Dekabr 2024
Kateqoriyasız

Berti Foqts: “Azərbaycanlı azərkeşlər komandanın oyununu, oynanılan futbolu başa düşmürlər”

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts UEFA-nın rəsmi saytına açıqlamasında verib.

İdmanxeber.com-un məlumatına görə, Foqts millimizin qarşıdakı oyunları barədə danişib:

“Komanda olaraq inkişaf etməkdəyik. Əgər ötən seçmə mərhələni yada salsaq onda görərik ki, Azərbaycan yalnız iki komandaya uduzdu. İki dəfə Portuqaliyaya, bir dəfə də Rusiya millisinə.

Bu seçmə mərhələdə də hər şey mümkündü. İtaliya kimi komanda ilə oynamaq bizi sevindirir. Xorvatiya da güclü komandadı. Hər ikisi dünya çempionatının iştirakçısıdı. Lakin bir şeyi də vurğulayım ki, milli komanda texnikalı oyun nümayiş etdirəndə, uduzub və ya heç-heçə edəndə azarkeşlər sırf nəticəyə baxırlar.

Onlar komandanın oyununu, oynanılan futbolu başa düşmürlər. Yalnız komanda udanda onlar futbol ölkəsi olurlar. Azərbaycan şahmat ölkəsidi. Normal vəziyyətdə onlar digər nəticələri də başa düşməlidilər.

Biz fiziki cəhətdən yaxşı komandayıq. Qupumuzda olan komandalarla ayaqlaşa bilərik onlar İngiltərə və İsveçrə kimi sürətli oynamırlar. Ona görə də biz bir iki komandaya qarşı sürpriz edə bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43