Premyer Liqanın VI turu çərçivəsində keçirilən “İnter” – “Bakı” oyununda (7:0) braziliyalı hücumçu Junior Nildo iki qolla fərqləndi.
İdmanxeber.com-un məlumatına görə, forvard “İnter”in heyətində yerli çempionatda fərqlənə bilmiş sayca 88-ci oyunçu oldu.
Nildo çempionat oyunlarında qol vurmuş sayca 6-cı braziliyalı kimi yadda qaldı. “İnter”in heyətində çıxış etmiş braziliyalılar arasında ən yaxşı göstəriciyə aktivlərində 6 qol olan Danildo Assioli və Leonardo Roşadır. 3 dəfə Mario Souza və 1 dəfə də Adriano da Silva fərqlənə bilib.
Qeyd edək ki, Junior Nildo “İnter”də çıxış edən sayca 12-ci braziliyalıdır. Bununla yanaşı, adları yuxarıda sadalanan oyunçulardan başqa “bankirlər”də bu futbolçular da oynayıb: Felipe Maşado, Kleyton, Tales Şüts, Robertinyo, Raymundo Vilson, Joan Paulo və Flavio Bek Junior.