27 Dekabr 2024
Kateqoriyasız

Türkiyədə azərbaycanlıların gecəsi: futbolçularımızın qolları mərhələ gətirdi

Azərbaycan yığmasının üzvləri – Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin şərəfini qoruduğu “Qaziantep BB” Türkiyə kubokunun ilk mərhələsi çərçivəsində səfərdə “Anadolu Selcukspor”un qonağı olub.

İdmanxeber.com-un məlumatına görə, ilk qolu meydan sahibləri vursa da, ikinci hissədə Vaqif Cavadov hesabı bərabərləşdirib. 71-ci dəqiqədə isə Rəhman Hacıyev komandasına qələbə qazandıran qola imza atıb.

Futbolçularımızın qolları sayəsində Qaziantep klubu mərhələ adlayan tərəf olub – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43