08 İyul 2026
Ölkə futbolu

“Trabzonspor” “Qarabağ”ın futbolçusu ilə maraqlanır

Türkiyənin “Trabzonspor” klubu “Qarabağ”ın müdafiəçisi Toral Bayramovla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatında xəbərlər dərc olunub. Bildirilir ki, Qaradəniz klubu Bayramovun çıxışını yaxından izləyir.

Trabzon təmsilçisinin futbolçunu transfer etmək istədiyi vurğulanıb. Xəbərdə Bayramovun sağ və sol cinahda oynaya bildiyi və bu xusüsiyyətinin məşqçilər heyəti tərəfindən bəyənildiyi də qeyd edilib.

Xatırladaq ki, millimizin üzvünün Ağdam təmsilçisilə 2026-cı ilə qədər müqaviləsi var. O, cari mövsüm keçirdiyi 29 oyunda 8 qol vurub, 6 assit edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43