"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Mançester Siti"nin çalışdırıcısı Manuel Pelleqrinin cavabını verib.
İdmanxeber.com-un məlumatına görə, Mourinyo Pelleqrinin "Mançester Siti" – "Çelsi" oyunundan sonra söylədiyi fikirlərə cavab verib:
"Mən onun sözlərinə reaksiya vermirəm. Düşünürəm ki, bunu o etməlidi. Dəfələrdə deyib ki, hakimləri müzakirə etmir. Amma Klattenburqu az qala öldürürdü.
Tez-tez deyir ki, məni və mənim komandalarımı müzakirə etmir, yenə etdi. Şəxsən mən onun haqda danışmaq istəmədiyimi deyəndə, sözümün üstündə durmağa çalışıram".
Qeyd edək ki, məlumatı "Daily Telegraph" yayıb.