27 Dekabr 2024
Kateqoriyasız

“İnter”in futbolçusu: “Bizi çətin oyun gözləyir”

“Öz meydanımızda mübarizə aparacağıq. Ancaq bizi çətin oyun gözləyir. Çünki rəqib haqda məlumatımız azdır. Bununla belə, sübut etməliyik ki, “İnter” öz meydanında hər bir rəqibini üstələyə bilər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la  “İnter”inin futbolçusu Andrea Ranokkiya söyləyib:

“Qrup mərhələsinə yaxşı başlamışıq. Bu uğurun ardını gətirməliyik. Bizdə hər şey yaxşıdır. “İnter” peşəkar klubdur. Buna görə də rəqibin kimliyindən asılı olmayaraq hər bir oyuna məsuliyyətlə yanaşırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43