Bukmeker kontorları UEFA Avrpa Liqasının qrup mərhələsinin ikinci turu üçün oyunlara əmsalları açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, məşhur “gaebookers” kontoru Milanda “İnter”in qonağı olacaq “Qarabağ”a güvənmir. Belə ki, italyanların ev qələbəsi 1.20-dirsə Ağdam təmsilçisinin “San Siro”da möcüzəsi 11.50 kimi qiymətləndirilir. Qarşılaşmanın heç-heçəsinə isə 6.50 əmsal verilib.
Sonda onu da qeyd edək ki, Avroliqa matçları üçün açıqlanan əmsallar içərisində ən böyük “kofiçent” “Qarabağ”a verilib.