“İtaliyaya itkilərlə gəlmişik. Ancaq onların yerinə meydana çıxa biləcək futbolçularımız var. İnanıram ki, “İnter”lə oyunda kim oynasa zədəlilərin yoxluğunu hiss etdirməz”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında hazırda İtaliyada olan “Qarabağ”ın futbolçusu Namiq Ələsgərov deyib.
Ağdam klubunun gənc üzvü Bakıya yaxşı bir nəticə ilə qayıtmaq istədiklərini bildirib:
“Oyuna çox yaxşı hazırlaşmışıq. Komandada vəziyyət də yaxşıdı. Matçın başlama saatını gözləyirik. Bakıya yaxşı bir nəticə ilə qayıtmaq istəyirik”.
Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.