21 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” hazırlığa Flavinyosuz start verib

“Neftçi” klubu bu gün istirahəti başa vuraraq hazırlığa start verib.  

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bazada keçirilən məşqdə Flavinyodan başqa bütün futbolçular iştirak edib.

Zədədən əziyyət çəkən braziliyalı yarımmüdafiəçi həkim nəzarəti altında bərpa prosesini keçir. “Sumqayıt” klubu ilə oyuna hazırlıq sabah baş tutacaq iki məşqlə davam edəcək.

Qeyd edək ki, “Neftçi”nin ümumilikdə 9 futbolçusu yığma komandaların düşərgəsinə yollanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43