Premyer Liqanın VII turunun hazırda davam edən “Çelsi” – “Arsenal” (1:0) matçının ilk yarısında Arsen Venger və Joze Mourinyo arasında insident yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın 20-ci dəqiqəsində “Çelsi”nin müdafiəçisi Qari Keyhil rəqibin hücumçusu Aleksis Sançesə qarşı kobud oynayıb və sarı vərəqə ilə cəzalanıb. Bu epizoda etiraz olaraq “Arsenal”ın çalışdırıcısı Arsen Venger “Çelsi”nin texniki zonasına keçib və bu zaman Mourinyo həmkarının qarşısını kəsib və fransız portuqaliyalını itələyib.