“Yuventus” – “Roma” (3:2) matçının baş hakimi Canluka Rokki idarəçiliyi haqda İtaliya mətbuatına açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, həmin matçda 2 qırmızı vərəqə verərək və 3 penalti təyin edən 41 yaşlı Rokki
“Roma”nın qapısına təyin etdiyi ikinci penaltidə səhv qərar qəbul edib:”Yeganə səhvim Poqbaya qarşı edilən hərəkətdən sonra “Roma”nın qapısına təyin etdiyim penalti idi”.