“Avro-2016″nın seçmə mərhələsində bu axşam Xorvatiya ilə qarşılaşacaq olan millimizin qapıçısı Kamran Ağayev oyun barəsində danışıb.
İdmanxeber.com-un məlumatına görə, Ağayev bu fikirləri səsləndirib:
“Buraya qələbə üçün gəlmişik. Amma çətin qarşılaşma olacaq. Çünki 4 gün ərzində 2 oyun keçirmək asan deyil. Lazımi qədər məşq etməyə vaxt qalmır. Bununla belə, nəticədən asılı olmayaraq,
əlimizdən gələni edəcəyik.”
Qeyd edək ki, bu gün Osiek şəhərində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu Bakı vaxt ilə saat 23:45-də başlayacaq.